Məsləhət xidmətləri

Məsləhət xidmətləri

A-level Consulting Center mütəxəssiləri aşağıdakı məsələlər üzrə Sizə məsləhət və praktik yardım göstərəcəklər:

Xaricdə təhsil almaq üzrə məsləhətlər
- Universitetlərin və təhsil proqramlarının seçilməsi 
- Xaricdə təhsil almaq üçün lazım olan sənəd paketi üzrə məsləhət
- Təhsil almaq üçün ərizələrin / anketlərin doldurulması (application form)
- Zəmanət mətninin tərtib edilməsi 
- Əsaslandırılmış məktubun tərtib edilməsi  (motivational letter/personal statement)Daha ətraflı...


 “Green Card” (Diversity Visa Lottery Program) proqramında iştirak etmək üçün ərizənin doldurulması

Biz ərizənin düzgün doldurulması, eləcə də ərizənizin lotereya oyununda iştirakını təmin edilməsi ilə bağlı xidmətlər təklif edirik.Daha ətraflı...

Anketin (CV) ingilis dilində doldurulması 
Bizim xidmət sadəcə yazılı tərcümə rolunu oynamır, biz sizin materiallardan yalnız məlumat mənbəyi kimi istifadə edərək anketi “sıfırdan” yazırıq.

Müşaiyətedici məktubun (cover letter) ingilis dilində tərtib edilməsi
Bir sıra hallarda anket müşaiyətedici məktub tələb edir. Adətən bu, HR-menecerinin sizin anketinizə diqqətini yönəldəcək və onun konkret vakansiya üzrə bu şirkət üçün xüsusi olaraq yazıldığını göstərən qısa məlumatdan (1-3 abzas) ibarət olur.

İngilis dilində müsahibəyə hazırlıq 
Bizim konsultant sizi müsahibəyə hazırlayacaq – özünü-təqdimatın hazırlanmasına kömək edəcək, gözlənilən və gözlənilməyən suallara necə cavab verməyi məsləhət görəcək, işgüzar etiket üzrə bilginizi yoxlayacaq.

İngilis dilində forma, anketin doldurulması, digər sənədlərin hazırlanması 
Bizim mütəxəssislər təhsil almaq, səfirliyə təqdim etmək, xarici şirkətlərə işə düzəlmək və s. üçün ingilis dilində istənilən forma və ya anketi doldurmağa sizə kömək edəcəklər.

İngilis dilində olan mətnlərin yoxlanması 
Əgər Siz  özünüz ingilis dilində mətn yazmışsınızsa, lakin həmin mətndə hər şeyin qaydasında olduğuna şübhəniz varsa, biz yoxlama üzrə öz xidmətlərimizi təklif etməyə hazırıq. Bizim redaktor səhvləri göstərəcək və onları düzəltmək yolları təklif edəcəkdir.

 

Comments:

Facebook